"Rəvan"ın keçmiş qapıçısı Artur Kotenko Belarus mətbuatına Azərbaycan futbolunun səviyyəsi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, Kotenko jurnalistin "Estoniyadan başqa Azərbaycan, Finlandiya, Norveç və Kiprdə top qovmusan. Bu çempionatların səviyyələrini necə müqayisə edərsən" sualına əlcək sahibi belə cavab verib:
"Belarus birinciliyi Azırbaycan və Finlandiya çempionatına nisbətən daha güclüdü. Norveç və Kiprlə ilə isə eyni səviyyədə olduğunu deyə bilərəm. Amma istənilən halda futbol hər yerdə futboldu".
Qeyd edək ki estoniyalı əlcək sahibi 2011-ci ildə "Rəvan"ın şərəfini qoruyub.





