"Qəbələ"nin Türkiyə toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi Antalyada artıq 2-ci həftəsini tamamlamaq üzrə olsa da, komanda tam heyətlə hazırlaşa bilmirdi.
 
Buna səbəb isə brazilyalı Leonardo da Silvanın komandanın təlim-məşq toplanışına vaxtında qayıtmamasıydı. Əldə etdiyimiz məlumata görə, qış fasiləsi zamanı ölkəsinə istirahətə yollanan futtbolçu artıq komandanın düşərgəsinə qoşulub. 
 
Qeyd edək ki, "Qəbələ"nin baş məşqçisi Yuri Syomin brazilyalı yarımmüdafiəçinin komandanın təlim-məşq toplanışına gec qatıldığı üçün onu cəzalandıracağını bildirmişdi.
Shares: