Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu bir gündə 2 yoxlama matçı keçirəcək. Futbolinfo.az xəbər verir ki, Kazan təmsilçisi yanvarın 19-da əvvəlcə Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor”la üz-üzə gələcək. Ardınca isə, bu komanda yığmamızın sabiq məşqçisi Olaf Yansenin çalışdırdığı Drezden “Dinamo”su ilə qarşılaşacaq.
 
Qeyd edək ki, “Rubin”nın hazırlıq planında daha 2 yoxlama matçı nəzərdə tutulub. Kazan təmsilçisi yanvarın 22-də Bolqarıstanın “Ludoqores”, 25-də isə Almaniyanın “Paderborn” klubları ilə qarşılaşacaq.
Shares: