Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in budəfəki rəqibi Qazaxıstanın "Aktobe" klubu olub.
 
Qarşılaşma Bakı vaxtıyla saat 19:00-da başlayıb. "Bankirlər" görüşdə hesabı açan tərəf olsa da, sonda qələbə hesabını əldən verib. 

Xatırladaq ki, Kaxaber Sxadadzenin komandası ilə sınaq matçında Hollandiyanın "Astern" komandasın 8:0 hesabıyla qalib gəlsə də, Almaniyanın 3-cü liqasında mübarizə aparan "Holşteyn Kil"ə 0:3 hesabıyla uduzmuşdu.

 
Yoxlama oyunu
18 yanvar
 
İnter – Aktobe – 1:1 (1:0)
 
 

Shares: