Sabah İngiltərə Premyer Liqasında baş tutacaq “Çelsi” – "Mançester Yunayted" matçı qonaqlar üçün xeyli çətin keçəcək. Futbolinfo.az xəbər verir ki, mankunyanların iki as forvardı Robin van Persi və Ueyn Runi prinsipial matçda komandasına kömək edə bilməyəcək.
 
Bu haqda xəbəri baş məşqçi Devid Moyes jurnalistlərə açıqlamasında deyib. Bu səhərə qədər həkimlər iki qolçudan ən azı birini matçadək sağalda biləcəklərini bildirsə də, artıq onların meydana çıxmayacağı dəqiqləşib.
 
Moyes son olaraq qış transfer dövründə yeni oyunçular almağa çox can atmayacaqlarını bildirib.
Shares: