Almaniyanın “Volfsburq “ klubu “Çelsi”dən oyunçu alıb. Futbolinfo.az xəbər verir ki, “zadəganlar”ın 22 yaşlı üzvü Kevin de Bröyn Bundesliqa klubunun yolunu tutub.
 
Belçikalı yarımmüdafiəçi yeni komandası ilə 2019-cu ilədək müqavilə imzalayıb. Bunun üçün “Volfsburq”un qarşı tərəfə nə qədər ödədiyi açıqlanmayıb.
 
Cari mövsüm London klubu ilə cəmi 9 maça çıxa bilən gənc futbolçu son vaxtlar komandada tənqid hədəfinə çevrilmişdi. Ötən mövsümü digər Almaniya təmsilçisi “Verder”də icarədə keçirən Kevin bu il “Çelsi”də Oskar, Eden Hazard, Xuan Mata, Andre Şürle və Viliyan kimi yarımmüdafiəçilərin kölgəsində qalıb.
 
Xatırladaq ki, de Bröyn “Çelsi”yə 2012-ci ildə “Genk”dən transfer edilmişdi.
Shares: