Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti komandadakı hədəfləri ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, “qalaktikos”un yüksək hədəflərinin üzərində təzyiq yaratmadığını bildirib:
 
“20 illik məşqçilik həyatı boyunca bütün təzyiqlərin altından uğurla çıxmışam. Gözləntilərin fərqindəyəm. Pis nəticə əldə edəndə məyus olmuram və ya yaxşı nəticə əldə edəndə sevincdən havalara uçmuram. Çiyinlərimdə böyük bir təzyiq yaratmağa ehtiyac yoxdur. Onsuz da mən işimi sevərək görürəm".
 
Ançelotti Kriştianu Ronaldo kimi bir ulduza nəzarət etməklə bağlı suala da maraqlı cavab verib: "Oyunçularımın şəxsi həyatına müdaxilə etməyi sevmirəm. Onların nə atasıyam, nə də böyük qardaşı. Heç kimin həyatına burnumu soxmaq istəmirəm. Mənim üçün Ronaldonu idarə etmək, Karvahal və ya Moratanı idarə etməkdən fərqsizdi. Həm də onun kimi ulduzlar digər oyunçulara nəzərən daha peşəkar olurlar. Bu isə işimi bir az da asanlaşdırır”.
 
Ançelotti 2013-cü ilin yayından etibarən “Real”ı çalışdırır.
Shares: