Fransanın PSJ klubunun baş məşqçisi Loran Blan son vaxtlar Avropa mətbuatında yaranmış xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, “Barselona”nın lideri Lionel Messini transfer edəcəkləri ilə bağlı iddiaların şayiədən başqa bir şey olmadığını bildirib:
 
"Bu haqda çox danışılır. Ancaq bizim Messini almaq niyyətimiz yoxdu. O, "Barselona"ya məxsusdu. Qışda edəcəyimiz transferlərə gəldikdə isə daha əvvəl də demişdim, bir ulduz futbolçu istəyirik. Ancaq bu yarımmüdafiə xəttinə olacaq. Başqa heç bir transfer olmayacaq".
 
Qeyd edək ki, Messinin 250 milyon avro qarşılığında PSJ-yə keçə biləcəyi deyilirdi.
Shares: