Türkiyənin "Fənərbaxça" klubunun qapıçısı Volkan Dəmirəl Antalyada Azərbaycan çempionu "Neftçi"yə qarşı keçirdikləri yoxlama oyunundan sonra jurnalistlər üçün brifinq keçirib. Futbolinfo.az xəbər verir ki, o, qolsuz bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Belə oyunlar bizim hansı durumda olduğumuzu göstərmir. Azərbaycan futbolu yüksəlişdədi. "Neftçi" bizə qarşı yaxşı oynadı. Ümumilikdə, gözəl oyun oldu. Həm yığma səviyyəsində, həm də klublar səviyyəsində Azərbaycanda inkişaf var.
– Sizcə, nəticə oyunu əks etdirir?
– Bizim üçün bu, bir yoxlama oyunu idi. Belə oynamağımıza yorğunluq da səbəb oldu. Yorğun olmasaydıq, bəlkə də fərqli nəticə ola bilərdi.
– Bizim üçün bu, bir yoxlama oyunu idi. Belə oynamağımıza yorğunluq da səbəb oldu. Yorğun olmasaydıq, bəlkə də fərqli nəticə ola bilərdi.
– Oyunda gərginlik nəzərə çarpırdı…
– Mən elə düşünmürəm. Məncə, gərginlik yox idi.
– "Neftçi" sizə nə dərəcədə çətinlik yaratdı?
– Baxımlı oyun alındı. Onlar da bizim qardaşlarımızdı. "Neftçi"ni təbrik edirəm.
– "Xəzər Lənkəran"ı 4:0 məğlub etmişdiz. Amma "Neftçi" ilə heç-heçə etdiz. Hansı daha güclü komandadı?
– Mən bu barədə bir şey deyə bilmərəm. Qərarı özünüz verin.
ELSEVƏR, ANTALYA





