Topaz Premyer Liqası klublarının hazırlıq prosesi ilə tanış olmaq üçün Türkiyənin Antalya şəhərində səfərdə olan Azərbaycan milli komandasının baş məşçisi Berti Foqts və köməkçisi Volfqanq Rollf  qardaş ölkədə məşq və yoxlama oyunlarını izləməyə davam edirlər. Futbolinfo.az xəbər verir ki, onlar ötən gün baş tutan “Xəzər Lənkəran” – “Gənclərbirliyi” (Türkiyə), “İnter” – “Aktobe” (Qazaxıstan) və “Neftçi” – “Fənərbağça” (Türkiyə) yoxlama oyunlarını da izləyiblər.
Shares: