Topaz Premyer Liqasının qalan hissəsinə Türkiyədə hazırlaşan “Rəvan” bu gün Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Güvenç Kurtarın yetirmələri Braziliyanın “Uniao” komandası ilə qarşılaşıb.
 
Görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb. "Rəvan"ın qollarını Kamil Nurəhmədovla Ceyhun Cavadov vurub.
 
Qeyd edək ki, “Rəvan” Bakıdakı hazırlıq dövründə də iki sınaq matçı keçirmişdi. “Sumqayıtla heç-heçə edən (0:0) komanda “Araz Naxçıvan”ı məğlub etmişdi (1:0).
 
Yoxlama oyunu
19 yanvar
 
Rəvan – Uniao – 2:1
Shares: