"Qarabağ"ın Türkiyəyə baxışa çağırdığı rusiyalı hücumçu Fərhad Qıstarov barədə yekun qərar yanvarın 23-də veriləcək. Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib:
"Onun haqda indidən qəti fikir bildirmək olmaz. Bu gün onu öz mövqeyində oynatmırdım. Məcburən bu addımı atdım. Qıstarovun taleyinə ayin 23-dəki qarşılaşmadan sonra qəti aydınlıq gələcək. Hələ gəncdi, öz üzərində çox çalışmalıdı”.
Qeyd edək ki, Qurbanov Qıstarovu bu gün keçirilmiş Rumıniya "Dinamo"su (Buxarest) ilə oyunun ikinci hissəsində meydana buraxıb.





