Türkiyə millisinin baş məşqçisi komandadakı əsas köməkçisini seçib. Futbolinfo.az xəhər verir ki, təcrübəli mütəxəssis “Bursaspor”da Kristof Daumun köməkçisi olan Mutlu Topçu ilə çalışmaq istədiyini bildirib.
 
Türkiyə Futbol Federasiyası isə sözügedən çalışdırıcını Terimin yanına gətirib. Bu qərar ölkədə heç də birmənalı qarşılanmayıb. Çünki Terim uzun illədi tanıdığı və “Qalatasaray”da köməkçiləri olan Ümit Davala və Hasan Şaşı milliyə dəvət etməyib.
 
Qeyd edək ki, Topçu bu günə kimi “Samsunspor”, “Kayserispor” və “Beşiktaş” kimi klublarda köməkçi məşqçi kimi çalışıb.
Shares: