Cari mövsüm müdafiə xəttində zədəli oyunçuların çoxluğundan əziyyət çəkən “Borussiya” (Dortmund) “İnter” forması geyən Andrea Ranokkyanın transferi üçün çalışmalara başlayıb. Futbolinfo.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, “sarı-qaralar” stopperə görə 10 milyon avrosundan keçməyə hazırdı.
Qarşıdakı dortmundlular ilk rəsmi təklifini göndərməyi düşünür. Xəbərdə 25 yaşlı müdafiəçinin də Milan klubundan getmək üçün istəkli olduğu qeyd edilib.





