Rusiyalı mütəxəssis, futzal üzrə idman ustası 42 yaşı Vyaçeslav Mogilnı Rusiya mətbuatına müsahibəsində Azərbaycanın gənclərdən ibarət futzal yığmasına (U-21) gəlişindən və məşqçilər qərargahına daxil olduğu “Fənərbaxça” klubundan danışıb. Futbolinfo.az Mogilnının fikirlərini diqqətinizə çatdırır.
 
“Azərbaycanda “Qəbələ”ni məşhur rusiyalı mütəxəssis Yuri Syomin çalışdırır. Ona oğlu Andrey və Yuri Baturenko kömək edirlər. Onlarla mən 2004-cü ildə “Baltika”da çalışmışam. Milli federasiya U-21-in baş məşqçisi postuna mütəxəssis axtarışına çıxanda, onlar məni məsləhət görüblər. Mənə Bakıdan zəng gəldi və söhbətə gəlməyi təklif etdilər. Belə şans həyatda bir dəfə ələ düşür və bundan istifadə etməmək günahdı. Mənim namizədliyim Azərbaycanın mini-futbol federasiyasının rəhbərlərini qane etdi və dərhal Bakıya köçdüm. Burada mənə səmərəli iş üçün bütün şərait yaradıldı.
 
Bu əsnada, mənə göz olan “Fənərbaxça” təmsilçiləri də iş təklif etdilər. Burada İran yığmasının üç, Serbiya yığmasının beş, Azərbaycan yığmasının üç futbolçusu çıxış edir. Klubdakı iş mənə həmişə məşqçi ruhunda olmağıma, ölkə çempionatını izləməyimə və başqa klublarda çıxış edən yığma oyunçularının idman formasını izləməyə kömək edir. Cəsarətlə demək olar ki, Bakıya öyrəşdim. Dil səddi yoxdu, oyunçuların böyük qismi rusca danışır. Rus dilini bilməyənlərlə tərcüməçi vasitəsilə danışıram.
 
Yanvarın 28-də Antverpendə AÇ-2014 başlayacaq. Azərbaycan yığmasına bizim klubdan da oyunçular cəlb edilib. Qrup rəqibləri İtaliya və Sloveniya yığmalarıdı. Mart ayında məni ciddi imtahan gözləyir. Gənclər açıq Bakı turnirində iştirak edəcək. Yarışın 20 illik tarixi var və bir çox ölkələrin milli yığmaları iştirak edir".
Shares: