Nə olsun ki, burdan bura ötürmə verə bilmirlər?
Nə olsun ki, qol vura bilmirlər, müdafiə olunmağı bacarmırlar?
Nə olsun ki, aldıqları ətək-ətək pulların 5 faizi halallarıdı, qalan 95 faizi burunlarından piltə-piltə gəlməlidi?
«Zato» «torba tikmək»di, oyun satmaqdı, bazarda avtomobilin ən yaxşısını, ən bahalısını almaqdı, ən bərkgedən restoranlarda, barlarda şellənməkdi – bunlar hamısı bunlarlıqdı – bizim futbolçularlıq.
Futbolçu Mahir Şükürov futbolçu Nazim Süleymanovun «Alaniya»da geyindiyi butsunun bir tayı ola bilməzdi. Tayı nədi, bəlkə butsunun altına yapışıb qalan toz da olmazdı. Amma futbolçu Mahir Şükürov məşqçi Nazim Süleymanova elə bir «torba» tikər ki, məşqçi Nazim Süleymanov o tikişlərdəki bircə ilmənin də sirrini aça bilməz.
Elə aça bilmədi də…
Əslində isə hər şey çox sadə idi. Klub prezidentini görəndə qabağına yüyürüb, «Dədə», xoş gəldin, nə qulluq edim» deməli, futbolçular haqda danışanda «bunlar mənim oğullarımdı» açıqlaması verməli, baş məşqçi kimi işinin Sadıq Sadıqovun əmrlərinə tabe olmaqdan ibarət olduğunu bilməli idin, Nazim bəy. And olsun, Sadıq müəllimin getdiyi müqəddəs Həccə ki, bütün bunları etsəydin, indi «Neftçi»nin baş məşqçi postunda oturmuşdun. Mahir Şükürov da sənin haqqında ağzının qatığını dağıtmırdı.
Bilirəm, Nazim Süleymanov, bilirəm. İçin yanır. Demək istəyirsən ki… Yox, sən deyə bilmirsən, abrına qısılırsan. Qoy mən deyim…
Başına özün boyda daş, a dünya. Hərlənib-fırlanıb, kimi kim etdin, a dünya! Ömrü boyu gücənib-hıqqanıb, gücü ancaq Qazaxıstan kimi, adındakı ilk üç hərfdəki ada uyğun komandalara qarşı oyunlarda ötürmə edən, qol vura bilən Mahir Nazim Süleymanova ağız büzür. Ağzına Xaqani Məmmədovun hakimlərinin fiti, a dünya. Tfu! Lənətə gələsən, dünya.
Bilirəm, Nazim Süleymanov, bilirəm. Tüstün təpəndən çıxır. Böyükağa Hacıyevin haqqında dediklərini eşidib, oxuyub, odlanırsan. Demək istəyirsən ki… Yox, sən «Zəif»in tayı deyilsən, sən Nazim Süleymanovsan, sən demə, mən deyərəm.
Güclünlə, gücsüzünlə, «Zəif»inlə dağıl, a dünya. Bu Böyükağa Hacıyev işsiz vaxtlarında qapı-qapı, redaksiya-redaksiya gəzib, işləyən məşqçilərə şər, böhtan atan, kiminsə ayağının büdrəməsi üçün pirə, türbələrə nəzir boyun alan Hacıyev deyilmi? Dünənə kimi heç kimin ciddiyə almadığı, Sadıq Sadıqovla qoşalaşandan sonra hörmətə minən Böyükağa Hacıyev deyilmi bu adam? Hansısa yollarla (o «yolların hansı yollar olduğunu yazardım, amma saytın baş redaktoru imkan verməz) ölkə çempionu olan, Avroliqanın qrupuna vəsiqə qazanan adam, nə tez unutdun keçib gəldiyin «yollar»ı? Adam, sən kim, Nazim Süleymanov kim? Süleymanovun futbolçu karyerasının bir ili sənin futbolçu+məşqçi karyeranın tamamına bərabərdi.
Hə, nə Böyükağa Nazim kimi məşqçi ola bilər, nə də Şükürov Süleymanovun futbolçu karyerasını yamsılamağı bacarar. Nazim Süleymanov olmaq üçün Böyükağa və Mahirin olduğu yerdə işləməyi özünə sığışdırmamaq lazımdı. Siz sizi cəmiyyətin gözündən salan özünüzdən imtina edə bilərsizmi, Böyükağa müəllim, Mahir Şükürov?