Topaz Premyer Liqasının qalan hissəsinə Bakıda hazırlaşan AZAL bu gün növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Vaqif Sadıqovun yetirmələri 1-ci divizion təmsilçisi “Araz Naxçıvan”la qarşılaşıb.
 
“Təyyarəçilər” bu görüşdən qalib ayrılıblar. Paytaxt klubu Viktor İbekoyi və Nedo Turkoviçin vurduğu qollar sayəsində Muxtar vilayət təmsilçisini məğlub edib.
Shares: