Bir müddət əvvəl Nazim Süleymanovla birgə "Neftçi"ni tərk edən Səmədağa Şıxlarov yenidən komandaya qaytarılıb. Futbolinfo.az xəbər verir ki, təxminən 1 həftədən artıqdı ki, Şıxlarov klubda fəaliyyət göstərir.
 
Lakin yerli məşqçiyə başqa vəzifə verilib. Belə ki, bundan sonra sözügedən məşqçi aşağı yaş qruplarında çalışacaq. Hazırda komandayla birgə Antalyada olan rəhbərlik geri döndükdən sonra rəsmi müqavilə imzalanacaq.
Shares: