Xəbər verdiyimiz kimi, Səmədağa Şıxlarov "Neftçi"nin aşağı yaş qruplarında çalışmağa başlayıb. Şıxlarovun "Neftçi"yə qayıtması ilə bağlı Nazim Süleymanov öz fikirlərini bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları dilə gətirib:
 
"Biz bir yerdə istefa verib getmişdik. Yəqin sonradan ona təklif gəlib. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Sonra eşitdim ki, mən tez getmişəm, gərək qalaydım. Deyəsən, belə bir ifadə işlədib. Hər kəsin öz fikri var. Baş məşqçi kimi mən qərarımı verirəmsə, heç kimdən icazə almıram. Nə köməkçi məşqçidən, nə də başqasından. İşdən çıxandan sonra yəqin ona uşaq futbolunda işləmək təklif edilib, o da qəbul edib. Səmədağa Şıxlarov Azərbaycan futbolunun dahi simalarından biridi. Yenə deyirəm, hər kəsin öz fikri var və bu qərara hörmətlə yanaşıram".
Shares: