İspaniyada hazırlıqları davam etdirən “Bakı” dünən Rumıniyanın “Styaua” klubu ilə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb. Futfolinfo.az xəbər verir ki, bu oyunda komandanın gənc müdafiəçisi Şəhriyar Əliyev zədələnib.
Futbolçunun çiyni çıxıb. Zədənin nə dərəcədə ciddi olub-olmamağına isə müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Şəhriyar Əliyev 2 ay öncə də çiynindən zədə almışdı. Sağalıb geri dönən futbolçu yenə eyni problemlə üzləşib.





