İkinci dövrənin sonuna 2 tur qalmış "Simurq"dan ayrılan Orxan Səfiyaroğlunun yeni klubu bəlli olub. Futbolinfo. az xəbər verir ki, Orxan sabiq komandası AZAL-la müqavilə imzalayıb.
Yanvarın 9-da sizə Orxan Səfiyaroğlunun AZAL-a keçəcəyi ilə bağlı xəbər vermişdik. Gözlənildiyi kimi futbolinfo.az-ın xəbəri doğruldu. Düzdü, Səfiyaroğlu şansını legioner kimi sınamaq fikrində idi. Belə ki, o, Türkiyənin "Adanaspor" klubuna baxışa yollanmışdı. Ancaq qardaş ölkədə bəyənilməyən futbolçu yenidən vətənə qayıtmışdı. Bir neçə gün sonra isə Orxan əvvəllər də çıxış etdiyi AZAL-a üz tutdu. Artıq o, sabiq klubu ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, yarımmüdafiəçi saytımıza açıqlamasında "Simurq"dan ayrılma səbəbini heyətə düşə bilməməklə izah etmişdi.





