“Mançester Yunayted” rəhbərliyi komandanın təcrübəli forvardı Ueyn Runinin xidmətində hələ uzun illər maraqlıdı. Futbolinfo.az xəbər verir ki, rəhbərlik hücumçu ilə müqvilə yeniləmək üçün danışıqlara başlayıb.
 
Ueynin agenti Pol Stretford dünən "Mançester Yunayted"in icraçı direktoru Ed Vudvordla görüşüb. “Daily Mail” nəşrinin məlumatına görə, görüş müsbət keçib.
 
Qeyd edək ki, 28 yaşlı futbolçunun klubla hazırkı müqavilə müddəti 2015-ci ildə başa çatacaq.
Shares: