“Çelsi”nin Xuan Matanı “Mançester Yunayted”ə satması futbol dünyasında heç də birmənalı qarşılanmayıb. Futbolinfo.az xəbər verir ki, bu xəbərə təəccüblənənlər arasında “Arsenal”ın baş məşqçisi Arsen Venger də var.
Premyer Liqa liderinin çalışdırıcısı həmşəhərlilərinin bu cür güclü futbolçunu əsas rəqiblərindən birinə satmasını yanlış addım sayıb: “Matanın satılması məni təəccübləndirir. O, əla futbolçudu. "Çelsi" bununla öz rəqibini gücləndirir. Amma onların nə vecinə, MY ilə matçlarının hər iksisini də keçiriblər. Onlar Matanı bir həftə əvvəl də sata bilərdilər. Fikrimcə, ədalətli olmağa çalışan klub bu cür etməməlidi. "Çelsi"nin nə etdiyini yaxşı başa düşürəm. Onlar qaydaları pozmur, amma qaydalar daha da ədalətli olmalıdı".
Qeyd edək ki, Matanın keçidi “Çelsi”yə 40 milyon funt qazandırıb.





