"Neftçi"nin şərəfini qoruyan Bruno Bertuççi komandasını dəyişə bilər. Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi ilə Türkiyənin "Əskişəhərspor" klubu maraqlanır.
 
Bu iddia ilə qardaş ölkə mətbuatı çıxış edib. Bundan başqa müdafiəçi ilə Braziliyanın A Seriyası təmsilçilərinin də maraqlandığı bildirilir. Lakin Bakı klubu Bertuççini satmaq niyyətində deyil. Bu barədə saytımıza açıqlamasında klubun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib:
 
"Əskişəhərspor"dan Bertuççiylə bağlı bizim kluba heç bir rəsmi müraciət olunmayıb. Bundan başqa Bertuççini Braziliya klubları da istəyir. Lakin biz futbolçumuzu satmaq niyyətində deyilik. O, hələ "Neftçi"yə lazımdı".
 
Qeyd edək ki, Türkiyə mətbuatında "Əskişəhərspor"un Bertuççiyə görə 250 min avro ödəməyə hazır olduğu bildirilir.
Shares: