"Çelsi"nin baş məşqçisi Joze Mourinyo keçirdiyi mətbuat konfransında komandanın yarımmüdafiəçisi Xuan Matanın "Mançester Yunayted"ə transfer olunduğunu təsdiq edib. Futbolinfo.az xəbər verir ki, o, bu keçidə özünün icazə verdiyini bildirib:
 
"Matanın MY-ə keçidi üçün tibbi müayinədən keçməsinə icazə verdik. Tezliklə yeni komandası ilə müqavilə bağlayacaq. O, möhtəşəm futbolçudu. Az oynasa da, bizə kömək olurdu. Onu nəyə görə satdıq? Çünki çox yaxşı bir təklif almışdıq və bunu geri çevirmək istəmədik. Məsələni ona bildirəndə məmnuniyyətlə ayrılmaq istədiyini söylədi. Biz də icazə verdik".
 
Mourinyo yeni transfer Məhəmməd Salah və "Milan"a keçəcəyi gözlənilən Maykl Esyen haqda da danışıb: "Matanın yerini doldurmaq üçün hazırlaşmamışdıq, amma hər şey çox sürətlə baş verdi. Salah iki cinahda da oynaya bilir. Bəyəndiyim, çox ağıllı və yaradıcı futbolçudu. Viliyan kimi adaptasiya mərhələsini keçdikdən sonra əsl oyununu göstərəcək. Bizə çox faydalı olacaq. Esyenə gəlincə, o, çox yaxşı və fədakar biridi. Nə vaxt, harada vəzifə versəm ən yaxşı şəkildə işini tamamlayırdı. Bizimlə qalmasını istəyərəm, amma qərar tamamilə özünə aiddi. Qalsa, çox şad olaram".
 
Matanın transferi "Çelsi"yə 40 milyon funt qazandırıb.
Shares: