AZAL qış fasiləsindən yararlanaraq hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in baş məşqçisi Vaqif Sadıqov yetirmələrini növbəti yoxlama görüşündə sınayıb.
Paytaxt klubu bu dəfə 1-ci divizion təmsilçisi "Ağsu"nu qəbul edib. "Təyyarəçilər" ağsuluları 6:0 hesabı ilə darmadağın edib.
Sadıqovun komandası növbəti yoxlama görüşündə sabah "Neftçala" ilə qarşılaşacaq. Baş məşqçi komandasını bu oyuna optimal heyətlə çıxarmağı düşünür.





