Xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan "İnter" ötən gün Antalyada Braziliyanın "Uniao" klubuyla yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, qarşılaşma 3:1 hesabıyla "İnter"in xeyrinə başa çatıb.
 
"Bankirlər"in heyətində Sezar Meza Kolli, Asif Məmmədov və Nurxan Mənsimzadə fərqləniblər.
 
Qeyd edək ki, "İnter" toplanış çərçivəsində son yoxlama matçını bu gün keçirəcək. Bakılılar Almaniyanın "Arminiya" klubuyla qarşılaşacaq. Oyundan sonra "İnter"ə vətənə qayıdacaq.

Shares: