Topaz Premyer Liqasının qalan 2 dövrəsinə Türkiyədə hazırlaşan “Simurq” bu gün Antalya toplanışı çərçivəsində son yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Georgi Çixradzenin yetirmələri Xorvatiyanın “Draqovolyats” komandası ilə qarşılaşıb.
 
Görüş Zaqatala klubunun inamlı qələbəsi ilə başa çatıb.
 
Xatırladaq ki, buna qədər “Simurq” Almaniyanın “Felbert” (1:0), Tanzaniyanın “Yanq Afrikans” (2:2) və Çinin "Şanxay" komandaları ilə qarşılaşmışdı.
 
Yoxlama oyunu
25 yanvar
 
Simurq – Draqovolyats – 2:0
Qollar: Draqan Çeran, 20 (2:0), Taqim Novruzov, 77 (2:0)
Shares: