Fransa Liqa 1-ində mübarizə aparan "Sent-Etyen"in futbolçusu Kurt Zuma yaxın günlərdə "Çelsi" ilə müqavilə imzalayacaq. Avropa mətbuatında yayılanlara inansaq, 19 yaşlı müdafiəçi ingilislərlə şəxsi müqavilə imzalamaq barəsində razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, tərəflər arasında 5,5 illik anlaşma əldə edilib.
Hazırda klublar arasında danışıqlar gedir. Məsələnin yaxın vaxtlarda həllini tapacağı gözlənilir.
Onu da qeyd edək ki, “zadəganlar” “Bazel”dən transfer etdiyi Məhəmməd Salahın keçidini dünən axşam saatlarında rəsmiləşdirib. London klubu buna görə qarşı tərəfə 12.5 milyon funt ödəyib. 15 nömrəli forma ilə çıxış edəcək oyunçu ilə 5.5 illik sözləşmə imzalanıb.





