Bundesliqanın son turunda Dortmund “Borussiya”sının aparıcı üzvləridən Yakub Blaşikovskinin zədələnməsi barədə məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, həkimlərin müayinəsindən sonra məlum olub ki, oyunçu uzun müddət müalicə almalıdı.
"Auqsburq"la matçda sağ dizindən zədələnən polyakın mövsümü bağladığı güman olunur. Blaşikovski yaxın günlərdə əməliyyat olunacaq.
Bununla da “Borussiya”da əsas heyətdən zədəli futbolçuların sayı 4-ə yüksəlib: İlkay Gündoğan, Mats Hummels, Neven Subotiç və Yakub.





