Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü futbol komandalarının adını açıqlayıb, amma qadınlardan ibarət olan. Futbolinfo.az xəbər verir ki, siyahıda 10 klub yer alıb. “Onluq” tərtib olunarkən, komandaların 2013-cü il ərzindəki çıxışları əsas götürülüb.
İlk sırada Almaniyanın “Volfsburq” klubu qərarlaşıb. Onlar 140 xal toplayıb. Fransa təmsliçisi “Olimpik” (Lion) 96 xalla 2-ci pilləni tutub. ABŞ-ın “Torns de Portlend” komandası isə 41 xalla üçüncü olub.





