Sabah İspaniya Kubokunda "Espanyol"la üz-üzə gələcək Madrid "Real"ı ciddi problemlə üzləşib. Futbolinfo.az xəbər verir ki, “Kral Klubu”nun aparıcı futbolçusu Qaret Beyl zədələnib.
 
Ulduz yarımmüdafiəçi La Liqanın son turunda "Qranada" ilə (2:0) matçda xəsarət almışdı. Həmin zaman Qaret oyuna davam etsə də, həkimlər zədələnən hissənin müalicəyə ehtiyacı olduğunu açıqlayıb. Beyl komandanın son məşqinə də qatılmayıb.
Onu bu görüşdə Jesenin əvəzləyəcəyi bildirilir.
Shares: