Sandro Rosselin istefasından sonra "Barselona"nın başına keçən yeni prezidenti Xosep Mariya Bartomeu Neymar qalmaqalından danışıb. Futbolinfo.az xəbər verir ki, o, məhkəməyə qədər uzanan və sələfinin istefasına gətirib çıxaran işdə əzəli rəqibləri “Real”ı (Madrid) günahkar sayıb.
Bartomeu madridlilərin Neymarın transfer dövründə “Barsa"nı seçməsini həzm edə bilmədiyi üçün qisas aldığını qeyd edib: "Hiss olunur ki, "Real" Messi və Neymarın transferini həzm edə bilmir. Madrid klubu Neymarı almaq istədi, amma alınmadı. "Real" bizim klubun müxalifyönlü üzvü Xordi Kasesə çox böyük dəyər verir. Məlumatların mətbuata yayılmasında onların əli ola bilər. Bunu araşdıracağıq."
Qeyd edək ki, məhz Kases klubun keçmiş prezidenti Sandro Rosellin Neymar transferində 40 milyon avro mənimsədiyini iddia etmişdi.





