"Barselona" rəhbərliyi komandanın baş məşqçisi Xerardo Martinonun sözləşməsini yeniləmək istəyir. Futbolinfo.az xəbər verir ki, katalonlar argentinalı çalışdırının müqavilə müddətini 2016-ci ilə qədər uzatmaq istəyir. Bununla bağlı klub Martinoya rəsmi müqavilə təklif edəcək.
 
Onun hazırkı müqaviləsi gələn ilin iyununda qüvvədən düşür.
 
Yeri gəlmişkən, "Barselona" iki futbolçusu ilə müqaviləni yeniləyib. Gənc oyunçular Jan-Mari Donqu və Frank Baqnakla 2017-ci ilə qədər razılıq əldə olunub. Onların təzminat qiymətləri isə 12 milyon avroya yüksəldilib.
Shares: