"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Madrid "Atletiko"sunun qapıçısı Tiba Kurtua haqda danışıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı transfer hüququ “Çelsi”də olan, İspaniya təmsilçisində icarə əsasında oynayan qolkiperin gələcəyi ilə bağlı narahat olduğunu vurğulayıb:
 
“Son günlər mətbuatda bizim onu Dieqo Kosta ilə dəyişəcəyimiz yazılır. Amma nəinki Kurtuanın dəyişdirməyi, hətta onun icarə əsasında "Atletiko"da çox qalmasını belə istəmirik”.
 
"Çelsi"nin mövsümün sonunda Kurtuanı geri alacağı bildirilir.
Shares: