Fransanın PSJ klubunun prezidenti Naser Əl-Xəlafi son vaxtlar mətbuatda komandasının "Barselona"nın lideri Lionel Messi transfer edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, ərəb milyarder Leonun Liqa-1 təmsilçisinə keçidinin mümkünsüz olduğunu etiraf edib:
 
“Messi heç vaxt bizimlə müqavilə imzalamaz. Messi möhtəşəm oyunçudu. Mətbuat onun PSJ-ə keçə biləcəyini yazıb. Amma Messi PSJ-yə gəlməz. Maliyyə cəhətdən limitimiz olmasaydı, onunla müqavilə imzalayardıq. Ancaq PSJ-də onsuzda yaxşı futbolçular var".
Shares: