2018-ci ildə Rusiyada təşkil olunacaq Dünya Çempionatının seçmə mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu haqda yarışın təşkilat komitəsinin rəhbəri Vitali Mutko məlumat verib.
 
Onun sözlərinə görə, mərasim 2015-ci ilin iyulun 25-də Sankt-Peterburq şəhərində baş tutacaq.
 
Qeyd edək ki, Rusiya tarixində ilk dəfə mundiala ev sahibliyi edəcək.
Shares: