Braziliya futbolunun məşhur siması Ziko növbəti iş yerindən də qovulub. Futbolinfo.az xəbər verir ki, Qətərin "Əl Qaraf" klubunu çalışdıran mütəxəssisin fəaliyyəti rəhbərliyi qane etmədiyindən o, istefaya göndərilib.
 
Klub prezidenti Əl Mansur da məlumatı təsdiqləyib. O, komandaya  istənilən nəticələri qazandıra bilmədiyi üçün təcrübəli mütəxəssislə yolları ayırdıqlarını deyib.
 
Qeyd edək ki, Braziliya millisinin keçmiş çalışdırıcısı ötən ilin yanvarında "Əl Qaraf"ın başına keçmişdi.
Shares: