“Marat İzmayılov artıq Bakıdadı. Onun həm klubu, həm də agenti ilə danışıqlar aparmışıq. Biz onu icarəyə götürmüşük”.
 
Bu sözləri futoblinfo.az saytına açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib. Klub rəsmisi rusiyalı futbolçunun səs-küylü transfer olmadığını da sözlərinə əlvə edib:
 
“Düşünmürəm ki, Marat İzmaylov səs-küylü transferdi. Çünki Azərbaycan çempionatı artıq o səviyyəni keçib”.
 
Qeyd edək ki, "Qəbələ" İzmaylovla mövsümün sonunadək müqavilə imzalayacaq.
Shares: