“Fənərbaxça"nın stopperi Jozef Yobo karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytı bu haqda məlumat yayıb.
 
Nigeriyalı müdafiəçi iyunadək "Norviç Siti"yə icarəyə verilib. İstanbul klubu bu transferdən heç bir gəlir əldə etməyib.
 
Qeyd edək ki, Yobo 2010-ci ildən "Fənərbaxça"da çıxış edir. Rəhbərlik onu heyətdəki legioner sıxlığını azaltmaq məqsədi ilə göndərib.
Shares: