Topaz Premyer Liqasının 3-cü dövrəsinin ilk turunda "Qarabağ"la qarşılaşacaq "Xəzər Lənkəran" bu oyunun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, cənub klubu bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.
Mustafa Dənizlinin komandası bu məşqə heç də tam heyətlə qatılmayıb. Belə ki, ayağında ağrılar olan yarımmüdafiəçi Adrian Pit, yüngül zədəsi olan yeni transfer Slavik Alxasovla yanaşı Zohair Benuahi də məşqi başa vura bilməyib. Belə ki, futbolçu məşq zamanı zədələnərək hazırlıq prosesini erkən bitirməli olub.





