"Simurq" heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu Antalyadakı qış təlim-məşq toplanışında baxışdan uğurla keçən Benjamin Lambot Eduardla 1+1 sistemli müqavilə imzalayıb.
Belçikalı yarımmüdafiəçi bu gün Zaqatala təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb. 26 yaşlı futbolçu 19 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Benjaminin son klubu “Lierse” olub.





