"Türkiyə toplanışında olarkən tək Bruno Bertuççiylə yox, onunla yanaşı Karlos Kardoso, Ernest Nforla da maraqlanırdılar. Kardoso ilə Yaponiya və Çin klubları maraqlanırdı".
Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib. Süleymanov komandanın hollandiyalı futbolçusu Melvin Platye ilə də maraqlananların olduğunu, lakin bütün transferlərin may ayına qaldığını bildirib:
"Hətta Melvin Platyeni Hollandiyanın 2 klubu icarəyə götürmək istəyirdi. Lakin "Neftçi" transfer etmədiyi üçün onların göndərilməsi düzgün olmazdı. Kardosoya həm klub, həm də özü üçün çox sərfəli təklif gəlmişdi. Bu təkliflər may ayında gələrsə, bu haqda fikirləşməyə dəyər. İki gündü Platye ilə bağlı klub daxilində müzakirələr gedirdi. Baş məşqçimiz Böyükağa Hacıyevin fikrinə uyğun olaraq heç kimi göndərməmək qərarına gəldik. Bu 4 futbolçu ilə yanaşı Araz Abdullayevin də adını çəkmək istərdim. Çünki onunla da çox ciddi maraqlanırdılar. Lakin bütün bunlar may ayına qaldı".





