“Bakı”nın müdafiəçisi Yure Travnerin futbolinfo.az saytına müsahibəsi
– Hazırlıq necə keçdi?
– Çox yaxşı. Mən karyeram boyunca belə yaxşı hazırlıq keçməmişdim. "Bakı" çox yaxşı komandadı. Belə bir hazırlıqdan sonra daha uğurlu çıxış edəcəyimizə inamım böyükdü.
– Komandanızı çempionata hazır sayırsız?
– Bəli, fikrimcə, "Bakı" çempionatın qalan dövrünə yüz faiz hazırdı.
– “Bakı” bu qış transfer etmədi. Sizcə, düzgün qərar idimi?
– Bu sual daha çox baş məşqçimizə ünvanlanmalıdı. Mənim fikrimcə, komanda belə də güclüdü. Yeni futbolçuya ehtiyac yoxdu.
– Kamran Ağayev və Mindauqas Kalonas kimi futbolçular komandanı tərk etdi. Amma onların yerinə yenilər gəlmədi…
– Bu, bizim üçün problem olmayacaq.
– “Bakı”dan çempionatın ikinci yarısında nə gözləmək olar?
– Düşünürəm ki, biz yüksək yerlərə qalxacağıq. Turnir cədvəlində irəliləmək lazımdı. Həmçinin Azərbaycan kubokunun finalında oynamaq istəyirik.
– Digər komandaların hazırlıqları ilə maraqlanmısız? Hansı komandaları təhlükəli saymaq olar?
– Yox, heç bir komandanın hazırlığını izləməmişəm. İlk 3 yerdə olan komandaların gücü hamıya bəllidi. Onlarla mübarizə aparmaq çətin olacaq. Bir də “Xəzər Lənkəran” dəyişikliklərdən sonra təhlükəli komanda olacaq.
– Sabah “Rəvan”la qarşılaşacaqsız…
– “Rəvan” pis komanda deyil. Turnir cədvəlində tutduğu mövqeyə baxıb arxayınlaşmaq olmaz. Bizim üçün çətin oyun olacaq. Həmçinin fasilədən sonra ilk oyunumuzdu. Amma biz yalnız qələbə üçün oynayacağıq.
– “Bakı”nın əsas hədəfi çox güman ki, avrokuboklar olacaq. Çünki liderin 9 xal gerisindəsiniz…
– Əsas hədəfimiz ən azı avrokuboklara düşməkdi. Amma həm çempionatda, həm də kubokda mümkün qədər çox irəliləmək istəyirik.
– 9 xal fərqi çoxdu?
– Yaxşı oynasaq, düşünürəm ki, heç bir problem olmayacaq.
ELSEVƏR