“Arsenal”da heyətin yeni üzvünün zədələnməsi hər kəsi şoka salıb. Futbolinfo.az xəbər verir ki, söhbət Kim Çelstremdən gedir.
London klubunun heyətindəki ilk məşqində zədə alan futbolçu haqda klubun rəsmi saytı məlumat yayıb. İsveçli yarımmüdafiəçinin uzun müddət yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Müalicə müddəti 3 aya qədər uzana bilər.
Xatırladaq ki, 31 yaşlı futbolçu ötən günlərdə “Spartak”dan “Arsenal”a keçmişdi.





