“Bu gün biz zəif oynadıq. Rəqib isə daha yaxşı oynadı. Ona görə də qələbə qazandılar”.
 
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Rəvan”ın yeni transferi Boyan Markoviç deyib. Futbolçu oyun haqqında sözlərinə bunları əlavə edib:
 
“Ümumilikdə komanda çox bərbad oynadı. Təkcə müdafiəni günahlandırmaq olmaz. Əgər komanda belə uduzubsa, deməli hamı günahkardı. Ona görə də buna baxıb nəticə çıxarmalıyıq, qarşıdakı oyunlara baxmalıyıq”.
 
Müdafiəçi Azərbaycan çempionatı və rəqib komanda haqqında da danışıb: “Rəqib komanda yaxşı idi. Onların heyətində güclü futbolçular var. Azərbaycan çempionatı haqqında isə hələ nəsə demək çox tezdi. Qarşıdakı oyunlarda bu barədə danışmaq olar”.
Shares: