Futzal üzrə Avropa çempionatında keçirilmiş Azərbaycan – İtaliya oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva oyun haqda fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, Da Silva bunları dilə gəririb:

"Çox məyusuq. Komandamızın növbəti mərhələyə çıxmaq potensialı var idi. Məğlubiyyətdə bütün komanda günahkardı. İlk növbədə də mən. Belə vəziyyətdə məğlub olmaq çox üzücüdü. İlk hissədə buraxdığımız 3 səhvdən sonra qapımızda eyni sayda qol gördük. Daha sonra risk etməyə başladıq və səhvlər çoxalmağa başladı. Avropa çempionatını belə tez tərk etməməli idik”.

Shares: