Türkiyə PTT 1-ci liqasında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin şərəfini qoruyan Branimir Subaşiçin komandası növbəti matçına çıxıb.
“Orduspor” doğma azarkeşlər önündə “Karşıyaka”nı qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. Subaşiç qarşılaşmanın 86-cı dəqiqəsində meydanı tərk edib.
Qeyd edək ki, “Orduspor” 42 xalla 4-cü pillədə qərarlaşıb.





