“Araz Naxçıvan”da oynayacağım doğrudu. Son anda təklif gəldi və mən də ora getdim. Komandaya kömək etməyə və qollar vurmağa çalışacağam”. Bu sözləri Futbolinfo.az saytına açıqlamasında “Araz Naxçıvan”ın yeni transferi Fərid Quliyev deyib. Hücumçu bir çox məqamlara aydınlıq gətirib:

“Kənarda qalmadığım üçün sevindim. Amma bəzi klublarımız var ki, tacikistanlıları, dağıstanlıları yığır kluba, yerli uşaqlar isə kənarda qalır. Hansı ki, o gələn legionerlər öz ölkələrində həvəskar liqada oynayırlar. Bura gələndə isə məşqçilərin baş tacı olurlar. Bilmirəm səbəb nədi? Yəqin ki, onlar pis oynasalar da, başqa yaxşı keyfiyyətləri var”.

Shares: