“Yaxşı oynamadıq və uduzduq. Amma bu ilk oyun idi. Qarşıda bizi çox oyunlar gözləyir. İnanıram ki, daha yaxşı çıxış edəcəyik”. Bu sözləri Futbolinfo.az-a açıqlamasında “Rəvan”ın yeni transferi Julio Sezar deyib. O, Rəşad Sadıqovla dostluğundan da danışıb:

“Rəşad Sadıqovla bir komandada oynadığım doğrudur. “Kocaelispor”da bir yerdə oynamışıq. “Bakı” ilə oyundan öncə də onunla görüşdüm. Söhbət etdim. Rəşad mənim dostumdu. Burda olduğum müddətdə yəqin ki, tez-tez görüşəcəyik”.

Shares: